Polşa hərbi məhsulların idxalında liderə çevrilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (CAMTO) ekspertləri məlumat verib.
Qeyd olunur ki, son 4 il ərzində Polşa 68,261 milyard dollar dəyərində (dünya bazarının 13,38%-i) hərbi təyinatlı məhsulların idxalı üzrə müqavilələr bağlayıb və digər əsas silah alıcılarını xeyli qabaqlayaraq dünyada birinci yeri tutub.
Onlar qeyd ediblər ki, Polşa Respublikasında silah alışına illik xərclərin artımı 2021-ci ildəki 618,4 milyon dollardan 2024-cü ildə 15,625 milyard dollara yüksəlib. Mərkəz növbəti dörd il ərzində ölkəyə silah idxalının həcminin təxminən 51,452 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.
Məqalədə qeyd olunub ki, ötən ilin nəticələrindən biri Polşa (1-ci yer), Rumıniya (2-ci yer) və Niderland (5-ci yer) daxil olmaqla, Avropaya silah idxalı üzrə sifarişlərin həcminin vurğulanması olub.