Amerika hərbi kontingentinin Polşa-Ukrayna sərhədindəki Rzeşov aeroportundan çıxarılması ABŞ-ın Kiyevə hərbi yardımının dayandırılması demək deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
“ABŞ qoşunlarının Rzeşovdan çıxarılması Amerika tərəfinin Kiyevə bir həftəlik fasilədən sonra blokdan çıxarılan hərbi yardım göstərməsinə təsir göstərmir”, - nazir mətbuat konfransında deyib.
Nazir bir daha təsdiqlədi ki, Amerika qoşunları Polşada qalacaq; tərəflər hansı bazalara köçürüləcəkləri barədə artıq razılığa gəliblər.
Aprelin 7-də ABŞ-ın Avropa və Afrika Komandanlığı qoşunların və texnikanın Rzeşovdakı logistika mərkəzindən Polşadakı digər bazalara köçürülməsini elan edib.
Müvəqqəti Amerika kontingenti 2022-ci ildən Rzeşovda yerləşdirilib.