"Bağırov" körpüsündə yol açıldı - foto

14:26 - 16 Aprel 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Xəbər xətti