Panama ABŞ, müttəfiqləri və BMT-nin sanksiyaları səbəbindən 128 gəminin qeydiyyatını ləğv etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” Panama Dəniz Administrasiyasına (PDA) istinadən məlumat yayıb.
PDA Ticarət Dəniz Qüvvələrinin baş direktoru Ramon Frankonun sözlərinə görə, artıq ən azı 70 tankerə qarşı belə tədbirlər görülüb.
Bloomberg-in verdiyi məlumata görə, gəmilərin qeydiyyatdan çıxarılması qərarı oktyabr ayında qanunvericilik təşəbbüslərindən sonra verilib.
Franko bildirib ki, hələ 2024-cü ildə qeydiyyatın ləğvi prosesi altı aya qədər davam edirdi, lakin indi bu, maksimum bir aya endirilib.