İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 10 nəfər ölüb

05:42 - 19 Mart 2025 - DÜNYA

 İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbələri nəticəsində azı 10 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir qadın və bir uşaq var, bir neçə nəfər isə yaralanıb.
Telekanalın qeyd etdiyi kimi, helikopter Fələstin anklavının cənubunda yerləşən Rəfah və Xan Yunis şəhərlərindəki qaçqın çadırlarına bir sıra zərbələr endirib.

Qəzzanın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin də bombalandığı barədə xəbərlər yayılıb.

Xəbər xətti