Avropa Komissiyası (AK) Aİ-nin polad və alüminium idxalına ABŞ-ın yeni tariflərinin tətbiqinə cavab olaraq ABŞ-ın Aİ-yə idxalına qarşı operativ və mütənasib əks tədbirlər görür.
Ucnoqta.az xəbər verir ki, bu barədə AK-nın dərc olunmuş bəyanatında deyilir.
ABŞ-ın 18 milyard avrodan çox dəyərində ixracına təsir edən yeni ABŞ tariflərinə cavab olaraq, Avropa Komissiyası ABŞ ixracına qarşı yeni əks tədbirlər paketi irəli sürür.
Onlar üzv dövlətlər və maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra aprelin ortalarına qədər qüvvəyə minəcək”, - məlumatda deyilir.
Ümumilikdə AB-nin cavab tədbirləri ABŞ-ın 26 milyard avroya qədər ixracatına təsir göstərə bilər ki, bu da ABŞ tariflərinin iqtisadi miqyasıdır.