ABŞ prezidenti Donald Trampın administrasiyası ən azı 240 min ukraynalının ABŞ-dakı qaçqın statusunu ləğv edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, apreldə qərarın veriləcəyi gözlənilir. Bu, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başladıqdan sonra ABŞ-a gedən ukraynalılara təsir edə bilər və onların ABŞ-dan sürətlə deportasiyasına səbəb olacaq.
ABŞ administrasiyasının rəsmilərinə görə, tədbir fevralın 28-də Ağ Evdə Trampın Volodimir Zelenski ilə mübahisəsi ilə birbaşa bağlı deyil, ABŞ-ın keçmiş prezidenti Co Baydenin qərarları sayəsində ölkəyə daxil olan 1,8 milyon əcnəbini ABŞ-dan çıxarmaq üçün həyata keçirilən genişmiqyaslı proqramla bağlıdır.