Tayvan ilk sualtı qayığın dəniz sınaqlarına başlayır

08:01 - 26 Fevral 2025 - DÜNYA

Tayvanın ilk yerli sualtı qayığı "Hai Kunun" (Narwhal) dəniz qəbulu sınaqları 2025-ci ilin aprelində baş tutacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə adanın müdafiə idarəsinin nümayəndəsi Sun Lifan məlumat verib.

O, aprel ayının sualtı qayığın sınaq cədvəlinə daxil edildiyini və dəniz sınaqlarının gecikməsi ilə bağlı daha əvvəl yayılan xəbərlərin doğru olmadığını vurğulayıb.
"Narwhal sınağı əvvəlcə planlaşdırıldığı kimi davam edəcək" - Lifan qeyd edib.///tass

Xəbər xətti