Faktiki hava açıqlanıb

14:57 - 25 Fevral 2025 - ÖLKƏ İÇİ

Saat 14:30-a olan məlumata əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər xətti