Kanada yaxın vaxtlarda Rusiyanın dondurulmuş aktivlərindən, eləcə də hərbi texnikadan əldə etdiyi mənfəətdən Ukraynaya 5 milyard Kanada dolları (3,52 milyard dollar) köçürəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı bildirib.
Baş nazir bildirib ki, Ukrayna hərbçilərinin Almaniyada təlim keçdiyi 25 LAV II piyada döyüş maşını, 2 zirehli döyüş texnikası, F-16 qırıcıları üçün eniş sistemi, F-16 üçün 4 uçuş simulyatoru, həmçinin milyonlarla döyüş sursatı, hərbi texnika və ilk tibbi yardım dəstini təhvil veriləcək.
Trüdo qeyd edib ki, Kanada həmçinin Ukraynaya 5 milyard Kanada dolları məbləğində yardımın ilk tranşını verəcək və bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.