İkitərəfli pnevmoniyadan əziyyət çəkən Papa Fransisk ötən gecəni sakit keçirib və dincəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, o, istirahət edir. Bir gün əvvəl həkimlər xəstənin şənbə günü keçirdiyi tənəffüs böhranından sonra bəzi göstəricilərin normallaşdığını, lakin yüngül böyrək çatışmazlığının qeydə alındığını bildirdilər.
88 yaşlı papanın vəziyyəti ağır olaraq qalır.