Braziliyada San-Paulu ştatının cənub-şərqində tələbələri daşıyan avtobus idarəetməni itirərək yük maşını ilə toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb. Qəza nəticəsində 12 nəfər ölüb, daha 19 nəfər yaralanıb.
Məlumata görə, avtobusda 30 nəfər olub və toqquşmadan sonra avtobusun sol tərəfi tamamilə dağılıb.
Əvvəlcə hadisə yerindən qaçaraq yaxınlıqdakı tarlada gizlənən yük maşını sürücüsü artıq saxlanılıb.