Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, milli komanda Bakıda Ukrayna yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Milli komandaya baş məşqçi təyin olunduğu gündən ardıcıl məğlubiyyətlərdən sonra istefaya göndərilən baş məşqçi Fernandu Santuşu U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov əvəzləmişdi.
Azərbaycan milli DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb.
9 sentyabr
DÇ-2026, seçmə mərhələ
D qrupu
20:00. Azərbaycan - Ukrayna - 1:1
Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen.
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu