Qətərə endirilən zərbənin hədəfi 7 oktyabr hücumunu planlaşdıranlar olub - İsrail səfiri

19:05 - 9 Sentyabr 2025 - DÜNYA

İsrailin Dohaya endirdiyi zərbə 7 oktyabr 2023-cü ildə yəhudi dövlətinə hücumun hazırlanmasında iştirak edən Fələstin HƏMAS hərəkatının liderlərini hədəf alıb.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

"Dohaya edilən dəqiq zərbə 7 oktyabr qırğınını planlaşdıran və vətəndaşlarımız oğurlanarkən bayram edən HƏMAS-ın yüksək rəhbərliyini hədəf aldı. Terrorçuların gizlənəcək yerləri yoxdur və biz onları hər yerdə təqib etməyə davam edəcəyik" - deyə X-də yazıb.

Xəbər xətti