Emin Ağalarov "Crocus City Hall"da törədilmiş terrordan yazdı

05:08 - 23 Mart 2024 - Cəmiyyət

Emin Ağalarov "Crocus City Hall"da törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.

""Crocus City Hall"da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu hücum hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov qeyd edib.

 


 

Xəbər xətti