Bir qrup amerikalı nevroloq və süni intellekt (AI) sahəsində mütəxəssislər meyvə milçəyinin bu günə qədər ən təkmil rəqəmsal modelini hazırlayıblar.
Ucnoqta.az xəbər verir ki, araşdırma Howard Hughes Tibb İnstitutunun (HHMI) saytında dərc edilib.
Yeni işdə müəlliflər çoxsaylı hərəkətlər edə bilən həşəratın daha real simulyasiyasını yaratmaq üçün milçək modelinin anatomiyasını, biomexanikasını, fizikasını və davranışını təkmilləşdirməyə qərar veriblər.
Virtual həşərat yüksək dəqiqliklə və etibarlılıqla real milçəyin hərəkətlərini, o cümlədən yerdə uçuş və hərəkəti təqlid edir.
Milçəklərin və digər canlıların real kompüter modelləri alimlərə sinir sistemi, bədən və ətraf mühitin canlının bədəninə və davranışına necə təsir etdiyini daha yaxşı anlamağa kömək edir. Tədqiqatçılar bu sualları laboratoriyada onilliklər ərzində real heyvanlarla tədqiq etsələr də, virtual simulyasiyalar uçuş zamanı bədənə təsir edən qüvvələr kimi amillərin təsirlərini təhlil etməyə imkan verir.
Bundan sonra komanda milçəyin anatomiyasının əzələ və vətər kimi digər hissələrini, eləcə də real hiss sistemini özündə birləşdirərək milçəyin daha orijinal modelini yaratmağa ümid edir.