Avstriya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin iki əməkdaşına yaxın vaxtlarda ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli “Die Presse” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya Federasiyasının nümayəndələri Avstriyanı “gələn həftənin çərşənbə axşamı”na qədər tərk etməlidirlər.
Bildirilir ki, həftənin əvvəlində Avstriya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin daha iki diplomatını “diplomatik statuslarına uyğun gəlmədiyinə görə” qovulacaqları barədə xəbərdar edib.