Suraxanının qaz təchizatı Dayandırılacaq

16:49 - 12 Mart 2024 - Xəbər

“Qaraçuxur” QPS-də “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti