Tavuşun kəndlərinin Azərbaycana verilməsindən söhbət gedə bilməz və ola da bilməz
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib .
“Tavuş rayonunun heç bir kəndinin (Azərbaycana - red.) təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz”, - o deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan ərazisində nə sovet dövründə, nə də ondan sonra Azərbaycan mətbuatında adları hallanan kəndlər olmayıb.
Qeyd edək ki, Qazax rayonunun 7 kəndi -Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.