Ramazanda düzgün qidalanmalı – Bunlara diqqət edin

00:36 - 12 Mart 2024 - Cəmiyyət

On bir ayın sultanı Ramazan ayı başlayıb. İnsanlar imsakaa qalxıb oruc tutmağa niyyət edirlər. 

Ucnoqta.az xəbər verir ki, Qidalanma və Pəhriz Mütəxəssisi Məltem Çarıkçı iftar və sahur süfrələrində nələrə diqqət etməli olduğumuzu və tövsiyələr verib.
"İftar süfrəsini nahar və axşam yeməyinin gözəl bir qarışığı kimi düşünə bilərik. Bu yeməyi ikiyə bölmək ən yaxşısı olar. İlk hissədə bir stəkan su, 1 kasa şorba və 2 xurma içdikdən sonra, yemək yeyin. 5-10 dəqiqəlik fasilə verin və uzun müddət istirahət edin".

"Bu, həzm sistemindəki yükün birdən artmasının qarşısını alacaq" - Çarıkçı deyib.
İftarın ikinci hissəsində zülal qaynağı olaraq tərəvəz və ət, balıq, toyuq kimi qidalardan istifadə etmək  tövsiyə edilir. Karbohidratlar gündəlik enerji ehtiyacımızın ödənilməsində mühüm yer tutduğundan, ikinci hissədə isə karbohidratlar var. İftarda çörək qrupu dediyimiz qidalar karbohidrat mənbəyi olaraq həddindən artıq olmayan şəkildə istehlak edilməlidir. Bundan əlavə yeməklər tez yeyilməməlidir.

İftarla sahur arasında qəlyanaltı olması lazım olduğunu bildirən Çarıkçı, “İftarla sahur arasında 1-2 porsiya mövsüm meyvəsi və bir stəkan süd/qatıq/ayran istehlak etmək yaxşı olardı” deyə təklif edib.

Xəbər xətti