Nikolas Keyc özündən 31 yaş kiçik sevgilisi ilə "Oskar"a gəlib

13:19 - 11 Mart 2024 - Xəbər

Aktyor Nikolas Keyc gənc həyat yoldaşı Riko Şibata ilə uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Ucnoqta.az xəbər verir ki, fotolar Daily Mail saytında dərc olunub.

60 yaşlı Nikolas Keyc və 29 yaşlı Riko Şibata 96-cı Oskar mükafatlandırma mərasiminə qatılıblar. Aktyor qırmızı xalçada qara şalvar, ağ köynək və ayaqqabıda pozalar verib. 

Nikolas Keyc və Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyasının ortasında FaceTime üzərindən nişanlısına evlilik təklifi edib. 

Xəbər xətti