Əksər ölkələri Ramazan ayının başladığını açıqlayıb, bəziləri isə …

05:07 - 11 Mart 2024 - Cəmiyyət

Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ərəb ölkəsi sabah Ramazan ayının başlanğıcı olacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Kral Məhkəməsindən edilən yazılı açıqlamada Ramazan hilalının görüldüyü və 11 Mart Bazar ertəsi günü Ramazan ayının ilk günü olacağı bildirilib.

Yəmən, Küveyt, Bəhreyn, Livan, Fələstin, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) verdiyi açıqlamalarda Ramazan ayının 11 Mart Bazar ertəsi günü başlayacağı bildirilib.
İordaniya və Oman ayın görünməməsi səbəbindən Ramazanın çərşənbə axşamı başlayacağını açıqlayıb.

Bəzi İslam ölkələri hilalın dünyanın başqa yerlərində görünməsinə deyil, öz ölkələrində görünməsinə əsaslandığı üçün Ramazan ayının başlanğıcında fərqliliklər ola bilər.
Türkiyədə Diyanət İşləri Başqanlığı Ramazan ayının başlanğıcını və bayram günlərini təyin edərkən, qərarını hilalın yerli olaraq görünməsinə deyil, dünyanın hər yerindən görünməsinə (ihtilaf-ı metali) əsaslanır. 

Xəbər xətti