Hər dörd qadından biri bu səbəbdən ölür!

01:05 - 11 Mart 2024 - DİGƏR

Ürək-damar xəstəlikləri baxımından cinslər arasında fərqlər olsa da risk faktorlarının hər iki cinsdə təsirli olduğunu ifadə edən kardiologiya mütəxəssisi Dos. Dr. Ayça Türer Cabbar diabet, piylənmə və hipertoniya kimi risk faktorlarını cinsiyyət baxımından qiymətləndirib.

Ucnoqta.az xəbər verir ki, ürək-damar xəstəliklərinin ABŞ və ən inkişaf etmiş ölkələrdə qadınların ən çox həyat itkisi səbəblərindən biri olduğunu və hər dörd qadından birinin həyatı bahasına başa gəldiyini bildirən dos. Dr. Cabbar qeyd edib ki, risk bu qədər güclü olsa da, bu mövzuda kifayət qədər maarifləndirmə yoxdur. Amerika Ürək Dərnəyinin (AHA) və digər təşkilatların kampaniyalarına baxmayaraq, sorğunun məlumatlarının bunu açıq şəkildə ortaya qoyduğunu söyləyən Cabbar, sorğuda iştirak edən qadınların yalnız 54 faizi ürək-damar xəstəliklərini əsas səbəb kimi irəli sürüb. Bundan əlavə, sorğuya qatılan qadınların yalnız yüzdə 13-ü ürək-damar xəstəliklərini şəxsi risk olaraq təyin edib.

Ürək xəstəlikləri üçün əhəmiyyətli bir risk faktoru olan diabetin xüsusilə 60 yaşdan sonra qadınları kişilərə nisbətən daha çox təsir etdiyini bildirən mütəxəssis diabetin qadın xəstələrdə ürək-damar xəstəliklərinin nisbətini 3-7 dəfə artırdığını söyləyir. Digər tərəfdən diabetli kişilərdə ürək-damar xəstəlikləri riski yalnız 2-3 dəfə artır. Şəkərli diabet də ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqədardır.

65 yaşdan yuxarı qadınlarda hipertoniya nisbətinin kişilərə nisbətən daha yüksək olduğunu söyləyən dos. Dr. Cabbar bildirib ki, 65-74 yaşlı qadınların 73 faizindən çoxunda hipertoniya diaqnozu qoyulub. Əgər qadının artıq çəkisi varsa, ailəsində hipertoniya xəstəliyi varsa və ya menopauzadan sonrasa bu hipertoniyaya tutulma riskini artırır. Dr. Cabbar, "Yüksək təzyiqi olan qadınlarda həm ürək-damar xəstəlikləri, həm də ürək çatışmazlığı riski hipertansiyonlu kişilərə nisbətən daha yüksəkdir. Əksər araşdırmalar müalicənin bu riski azaltdığını göstərsə də, hipertoniyaya bağlı ürək-damar xəstəlikləri üçün bu risk yaşla birlikdə sürətlə artır.

Xəbər xətti