Cavanşir Quliyev vəfat etməyib, bu gün əməliyyat olunacaq

08:42 - 12 Fevral 2024 - Cəmiyyət

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. 

Lakin APA-nın apardığı dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

08:16

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Xatırladaq ki, sənətkar fevralın 5-də Türkiyədə xəstəxanaya yerləşdirilmişdi.

Xəbər xətti