Ölüm xəbəri yayılan tanınmış jurnalist  DANIŞDI

19:10 - 2 Fevral 2024 - Cəmiyyət

"Facebook"da tanınmış jurnalist Eldəniz Elgünün ölüm xəbəri yayılıb.

Metbuat.az jurnalistin özü ilə əlaqə saxlayıb. Eldəniz Elgün bildirib ki, onun "Facebook" hesabı yoxdur və xəbəri kimsə onun adından paylaşıb:

"Sağam, Space televiziyasında işimdəyəm. Kimlərsə adımdan hesab açaraq məqsədli şəkildə ölüm xəbərimi yayıblar".

Qeyd edək ki, Eldəniz Elgün Space-də xidmət rəhbəridir.

Xəbər xətti