Bu gün Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
Bu barədə Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Məlumata görə, "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.