Ucnoqta.az
www.ucnoqta.az

Metroda qatarların hərəkəti ləngiyib

09:22 - 27 Noyabr 2023 tarixində dərc olunub.

Bu gün Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Bu barədə Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Məlumata görə, "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası