2,9 mindən çox erməni əsilli şəxs Qarabağdan Ermənistana gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Sentyabrın 25-i saat 06:00-a Qarabağdan Ermənistana 2906 erməni əsilli şəxs gəlib. Qeydiyyatda olan 2100 nəfərdən 1000-ə yaxını seçdiyi yaşayış yerlərinə gedib, qalan 1100 nəfər isə hökumət tərəfindən yaşayış yeri ilə təmin olunub” - məlumatda qeyd olunur.