Ucnoqta.az
www.ucnoqta.az

Qarabağı 3 minə yaxın erməni tərk edib

08:00 - 25 Sentyabr 2023 tarixində dərc olunub.

2,9 mindən çox erməni əsilli şəxs Qarabağdan Ermənistana gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 25-i saat 06:00-a Qarabağdan Ermənistana 2906 erməni əsilli şəxs gəlib. Qeydiyyatda olan 2100 nəfərdən 1000-ə yaxını seçdiyi yaşayış yerlərinə gedib, qalan 1100 nəfər isə hökumət tərəfindən yaşayış yeri ilə təmin olunub” - məlumatda ​​qeyd olunur.

Müəllif: Ucnoqta.az redaksiyası