Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.
O, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.
Mərkəzi Klinik Xəstəxanadan da APA-ya bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.
***22:56
Yəhudi əsilli YAP-çı deputat Yevda Abramovun dünyasını dəyişməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Y. Abramovun vəziyyəti kritik olsa da, o, vəfat etməyib. Hazırda Mərkəzi Klinikadadır. Süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir. Ailəsi bəzi saytlarda artıq Abramovun dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını bildiriblər. Qeyd edək ki, Y. Abramov uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O xeyli müddət İsraildə müalicə alıb.
