Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbində kəndin ilk şəhidi Xanlar İsbət oğlu Qafarovun doğum günü ilə əlaqədar ümumməktəb tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Biləsuvar rayonu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rəisi polkovnik-leytenant Rizvan Sadıqov, QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, məktəbin məzunu ehtiyatda olan mayor Cavanşir İmanov, şəhidin atası İsbət Qafarov və bir qrup ailə üzvləri, müəllimlər, şagirdlər iştirak ediblər.Tədbirdə məktəbin direktoru Bəhruz Nəbili, qonaqlar və müəllimlər çıxış ediblər. Şagirdlər hazırladıqları ədəbi bədii kompazisiyanı təqdim etdilər.
Sonda şəhidin atası İsbət Qafarov göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına təşəkkür etdi.
