Səfər zamanı qonaqlar mətbuat konfransında iştirak ediblər, daha sonra isə 5 ulduzlu otel ilə yaxından tanış olublar. Qonaqlara otelin yüksək xidmət və rahatlığından istifadə etmək imkanı yaradılıb.
Otelin maraqlı məkanlarından biri olan “Pegasus Night Club”da müasir musiqili tədbirlər, eksklüziv ziyafətlər və xüsusi bayramlar üçün mükəmməl şərait yaradılıb. “B&B Bar” isə bilyard və boulinq həvəskarlarına yüngül qəlyanaltılar və təravətləndirici içkilər təklif edir.
Qonaqların qidalanması üçün isə “Shamakhi Palace Sharadil”in əsas restoranı olan “White Diamond”da səhərdən nahar vaxtına qədər İsveç masası açıq olur. “D`oro” restoranında isə müstəsna bir xidmət keyfiyyəti ilə italyan mətbəxindən fərqli yeməklər təqdim olunur. Otel binasına yaxın meşəlikdə yerləşən “Sharadil” restoranında isə Azərbaycan milli ət yeməklərinin və kababların zərif təamları təklif olunur.
