1
Sentyabr ayının 22-23-də Albaniyanın paytaxtı Tirana şəhərində AŞPA Monitorinq Komitəsinin növbəti iclası olacaq.
Bu barədə "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Sentyabrın 22-də keçiriləcək iclas zamanı AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin – Ştefan Şennax (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) iyun ayının 15-17-də Azərbaycana etdikləri səfərin yekunları müzakirə olunacaq.
