55
Cənubi Afrikada biznes qrupu İlon Maskın SpaceX şirkətinə məxsus Starlink peyk rabitə sisteminin ölkədə fəaliyyət göstərməsinə mane olan məhdudiyyətlərin ləğvi tələbi ilə məhkəməyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb.
Bildirilib ki, Sakeliga biznes qrupu kommunikasiya bazarını tənzimləyən Cənubi Afrika Müstəqil Rabitə İdarəsinə (ICASA) qarşı iddia qaldırıb. Müraciət Pretoriya Ali Məhkəməsinin bölməsinə təqdim edilib.
Sakeliga iddia edir ki, tənzimləyici qurum Starlink-in ölkə bazarına daxil olması üçün hökumətin təklif etdiyi mexanizmi rədd etməklə öz səlahiyyətlərini aşıb. Qrup lisenziyanın verilməsinə mane olan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
