Səudiyyə Ərəbistanı və Cənubi Koreya şirkətlərinə məxsus iki supertanker Hörmüz boğazında mərmilərlə vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg dəniz risklərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan Marisks şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, Səudiyyənin Bahri şirkətinə məxsus Sidr supertankeri Omanın Həsəb şəhərindən təxminən 17 dəniz mili şimal-şərqdə hücuma məruz qalıb.
Sinokor Group şirkətinə məxsus Senegal Prosperity tankerinə isə Oman sahillərinin şərqində hərəkətdə olarkən üç mərmi dəyib. Hər iki tanker Fars körfəzindən çıxarkən onların yerini müəyyən etməyə imkan verən AIS transponderlərini söndürüblər.
Bloomberg qeyd edir ki, Hörmüz boğazında hücumların yenidən baş verməsi bu strateji su yolundan neft tədarükünün bərpasını təhlükə altına ata bilər.
