24
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətini açıqlaması ilə yanaşı, Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından istifadə etməsini “səviyyəsiz və yanlış siyasət” kimi qiymətləndirib.
Ucnoqta.az xəbər verir ki, Volodin bildirib ki, Ermənistan Aİ-yə üzvlüklə bağlı qanun qəbul edirsə, eyni zamanda Aİİ-nin yaratdığı imkanlardan və güzəştlərdən istifadə etməsi düzgün deyil.
Onun sözlərinə görə, Ermənistan Aİ-yə getmək qərarındadırsa, bunu açıq şəkildə bəyan etməli və Aİİ çərçivəsində güzəştlərdən yararlanmamalıdır.
