Cümə, İyul 31 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRÖLKƏ İÇİBu gün imtahan var –

Bu gün imtahan var –

tərəfindən redaktor 19.04.2026 / 09:34
19.04.2026 / 09:34
4

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

Ucnoqta.az Dövlət İmtahan Mərkəzinə istinadla bu gün keçiriləcək imtahanların siyahısını təqdim edir.

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 37 min 338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 90 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Füzulidə iki avtomobil toqquşub,
Sonrakı yazı
Lukaşenko Trampla “böyük razılaşma”ya hazır olduğunu bildirib

Digər yazılar

Həssas sosial qruplara aid şəxslərin bilik və bacarıqları artırılır

30.07.2026 / 17:11

Avqustda gözlənilən hava proqnozu

30.07.2026 / 14:23

Sabahın havası açıqlanıb

30.07.2026 / 12:54

Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ölüb

30.07.2026 / 11:35

Baş nazir sabiq deputata vəzifə verdi

30.07.2026 / 10:31

Sabah bu ərazilərdə qaz olmayacaq

29.07.2026 / 15:47

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

29.07.2026 / 14:37

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

29.07.2026 / 14:17

Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək

29.07.2026 / 13:58

XƏBƏR LENTİ

  • 43 ölkə dəniz təhlükəsizliyi üçün bir araya gəldi

    31.07.2026 / 00:06
  • Qoç cəsarət, Oğlaq maliyyə: ulduz falı

    31.07.2026 / 00:02
  • Londonda etiraz aksiyasında 150-dən çox insan saxlanılıb

    31.07.2026 / 00:01
  • Paraqvay Braziliya səfirini XİN-ə çağırıb

    31.07.2026 / 00:00
  • ABŞ 76,6 milyard dollarlıq nüvə sualtı qayıqları sifarişi verib

    30.07.2026 / 23:02
  • Bəzi ərazilərdə qaz olmayacaq

    30.07.2026 / 22:59
  • Bakıda qətl – 37 yaşlı kişi bıçaqlandı

    30.07.2026 / 22:36
  • ABŞ beş şirkətə sanksiya tətbiq edib

    30.07.2026 / 22:02
  • Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı

    30.07.2026 / 21:34
  • “44” bədii filmi üzərində iş yekunlaşıb – FOTO

    30.07.2026 / 20:20
  • İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

    30.07.2026 / 19:36
  • Azərbaycanda bu universitet bağlandı

    30.07.2026 / 17:56
  • Bu ərazilərdə işıq kəsiləcək

    30.07.2026 / 17:53
  • Dənizdə batan şəxs xilas edilib

    30.07.2026 / 17:12
  • Həssas sosial qruplara aid şəxslərin bilik və bacarıqları artırılır

    30.07.2026 / 17:11
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Həssas sosial qruplara aid şəxslərin bilik və bacarıqları artırılır

30.07.2026 / 17:11

Avqustda gözlənilən hava proqnozu

30.07.2026 / 14:23

Sabahın havası açıqlanıb

30.07.2026 / 12:54

Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ölüb

30.07.2026 / 11:35

Baş nazir sabiq deputata vəzifə verdi

30.07.2026 / 10:31