Bazar ertəsi, Avqust 10 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTSosial xərclər artdı:
CƏMİYYƏT

Sosial xərclər artdı:

tərəfindən redaktor 29.09.2025 / 11:35
29.09.2025 / 11:35
A+A-
Sıfırla
6

"Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır. Belə ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb. Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub".

Ucnoqta.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib:

"2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb.

Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib. Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrddə sosial müdafiən tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək. Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiscal dayanıqlıq baxımdan vacib amillərdəndir".

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etməyəcək
Sonrakı yazı
Nasaz avtomobillərlə bağlı sürücülərə

Digər yazılar

Bakıda 11 marşrutun bu dayanacaqlarda saxlaması dayandırılır – Avqustun 11-dən …

09.08.2026 / 22:30

Anar Bayramov direktor müavinini işdən çıxardı

07.08.2026 / 21:21

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıb

07.08.2026 / 17:51

Çimərliklərdə hava necə olacaq?

07.08.2026 / 17:05

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

07.08.2026 / 16:24

Samir Şərifova yeni səlahiyyət verildi – SƏRƏNCAM

07.08.2026 / 13:28

İyulda metro ilə 16 milyondan çox sərnişin daşınıb

07.08.2026 / 11:04

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş – FOTO

07.08.2026 / 10:36

Nöqsanlar aşkarlanan iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırıldı

06.08.2026 / 16:07

XƏBƏR LENTİ

  • Latviya Aİ-dən maliyyə almaq üçün Belarusla sərhədini bağlayıb

    10.08.2026 / 00:25
  • “Harri Potter” aktrisası yeni platformada milyonlar qazandı

    10.08.2026 / 00:01
  • 10 avqust üçün ulduz falı: Bürcləri nələr gözləyir?

    10.08.2026 / 00:00
  • Bakıda bu yol bağlanır

    09.08.2026 / 22:43
  • Bakıda 11 marşrutun bu dayanacaqlarda saxlaması dayandırılır – Avqustun 11-dən …

    09.08.2026 / 22:30
  • Masallının iki kəndində qaz olmayacaq

    09.08.2026 / 20:08
  • 17 yaşlı qız Kürdə batdı

    09.08.2026 / 18:43
  • Salyanda xala bacısı qızının nişanında qızılları OĞURLADI

    09.08.2026 / 15:16
  • Şəmkirdə 62 yaşlı kişini “tok” vuraraq öldürüb

    09.08.2026 / 15:08
  • Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

    09.08.2026 / 13:54
  • İran ABŞ-la danışıqlar aparmır – Araqçi

    09.08.2026 / 13:22
  • Həftənin ilk iş gününün hava proqnozu

    09.08.2026 / 13:19
  • Rusiya Ordusunun itkiləri açıqlanıb

    09.08.2026 / 10:16
  • “Saudi Aramco”nun neft emalı zavodunda yanğın baş verib

    09.08.2026 / 10:08
  • Xocavənddə mina partladı

    08.08.2026 / 21:42
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Bakıda 11 marşrutun bu dayanacaqlarda saxlaması dayandırılır – Avqustun 11-dən …

09.08.2026 / 22:30

Anar Bayramov direktor müavinini işdən çıxardı

07.08.2026 / 21:21

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıb

07.08.2026 / 17:51

Çimərliklərdə hava necə olacaq?

07.08.2026 / 17:05

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

07.08.2026 / 16:24