Çərşənbə, Avqust 5 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTUnun qiyməti azaldı,

Unun qiyməti azaldı,

tərəfindən redaktor 06.02.2025 / 17:40
06.02.2025 / 17:40
4

Son günlər çörəyin çəkisinin azalması ilə bağlı yayılan məlumatlar hər kəsi düşündürür. İstehlakçılar qiymətin azalmasının onlara sərf etməsi ya sadəcə, çəkinin azaldılması kompensasiya olunması ilə bağlı düşünürlər. Rəsmi açıqlamalara baxdıqda görürük ki, sahibkarlar çörəyin çəkisini özləri müəyyən edə bilirlər. Lakin unun qiymətinin düşməsinə baxmayaraq, çörəyin çəkisinin azalması istehlakçılar üçün nə qədər ədalətlidir?

Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci variant kimi təqdim ediləcək.

Bu barədə son günlərdə zavod çörəyinin dəyəri ilə bağlı yayılan informasiyada qeyd edilib.

Milli.Az xəbər verir ki, əsas diqqətçəkən məqam isə 55 qəpiyə təklif edilən çörəyin çəkisinin 510 qram olması, yəni əvvəlkindən az olmasıdır.
Məsələ ondadır ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvarında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə qaldırılması ilə əlaqədar verdiyi açıqlamada çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.

Eyni zamanda həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının 65 qəpiklik qiymətin 70 qəpiyə artırılması barədə birgə məlumatında da çörəyin 650 qram olacağı vurğulanmışdı.

Son dövrdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manata, yəni təxminən 40 faiz ucuzlaşması əsas gətirilərək çörəyin qiymətində də enmə baş verib. Belə ki, 650 qramlıq çörəyin dəyəri mərhələli şəkildə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz aşağı salınıb.

Lakin son açıqlama onu göstərir ki, istehsalçılar çörəyin qiymətindəki azalmaya çəkini azaltmaqla kompensasiya ediblər. Bunun nəticəsində çörəyin çəkisi 21,5 faiz, yəni 650 qramdan 510 qrama qədər azaldılıb. Unun qiymətinin enməsinin isə real olaraq çörəyin dəyərinə təsiri olmayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qeyd edib ki, çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir:

"Sahibkarlar müxtəlif qiymətə fərqli növdə çörəklər təklif edirlər. İstehlakçılar isə onlardan qiyməti və keyfiyyəti daha uyğun olanını sərbəst şəkildə seçə bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəkisi ilə bağlı tələblər nəzərdə tutulmayıb. Çəkini sahibkarlar sərbəst müəyyən edir, lakin qablaşdırmada məhsulun çəkisi mütləq qeyd olunmalıdır."

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, sahibkarlar unun bahalaşması zamanı çörəyin qiymətini artırdığı halda, unun ucuzlaşmasından sonra qiyməti çəkini azaltmaqla tarazlaşdırıblar. Marketlərdə aparılan müşahidələr göstərir ki, zavod çörəyi olaraq əsasən 55 yox, 65 qəpiyə satılan məhsullara daha çox rast gəlinir.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Millimizin rəqibləri məlum oldu
Sonrakı yazı
“Yaxşı arvadın kişisi gəzməz” –

Digər yazılar

Sosial şəbəkələrdə yaş tələblərini pozanlar 30 min manatadək cərimələnəcək

05.08.2026 / 13:44

41 mindən çox uşağa birdəfəlik müavinət verilib

05.08.2026 / 12:15

Özəl bağçaların maliyyələşəcəyi meyarlar məlum oldu

05.08.2026 / 12:10

MİQ üzrə vakansiya seçimi başladı

05.08.2026 / 11:25

Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirib – VİDEO

05.08.2026 / 11:11

Metroarası işləyəcək ekspres avtobuslarda gedişhaqqı AÇIQLANDI

05.08.2026 / 10:56

“Unibank”da kütləvi ixtisar – 150 nəfər …

04.08.2026 / 16:47

Bu vəzifəli şəxslərə kompensasiya ödəniləcək

04.08.2026 / 15:03

Müəllim seçiminə start verilib – 5 mindən çox …

04.08.2026 / 12:01

XƏBƏR LENTİ

  • Məhkumun gizlətdiyi silah-sursat aşkarlanıb

    05.08.2026 / 14:29
  • Sosial şəbəkələrdə yaş tələblərini pozanlar 30 min manatadək cərimələnəcək

    05.08.2026 / 13:44
  • İnfantino FIFA-nın yüksək vəzifəli rəsmiləri ilə görüşüb

    05.08.2026 / 13:28
  • Xocavəndə növbəti köç karvanı yola salındı

    05.08.2026 / 13:17
  • Çin ABŞ-ın altı təşkilatına qarşı sanksiyalar tətbiq etdi

    05.08.2026 / 12:46
  • Bu məhsul kəskin bahalaşdı

    05.08.2026 / 12:41
  • Sosial media fenomeni canlı yayım zamanı güllələndi

    05.08.2026 / 12:33
  • Yağış yağacaq – Proqnoz

    05.08.2026 / 12:26
  • “Uşaq vaxtı bu komandanın azarkeşi olmuşam” – Qurban Qurbanov

    05.08.2026 / 12:22
  • 41 mindən çox uşağa birdəfəlik müavinət verilib

    05.08.2026 / 12:15
  • Özəl bağçaların maliyyələşəcəyi meyarlar məlum oldu

    05.08.2026 / 12:10
  • OpenAI ABŞ-də diskriminasiya işi üzrə 3,2 milyon dollar ödəyəcək

    05.08.2026 / 11:47
  • Məmmədnağı Əkbərova yeni vəzifə verildi

    05.08.2026 / 11:41
  • MİQ üzrə vakansiya seçimi başladı

    05.08.2026 / 11:25
  • Planeti qorumaq üçün əhali azaldılmalıdır – Alimlərdən xəbərdarlıq

    05.08.2026 / 11:18
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Sosial şəbəkələrdə yaş tələblərini pozanlar 30 min manatadək cərimələnəcək

05.08.2026 / 13:44

41 mindən çox uşağa birdəfəlik müavinət verilib

05.08.2026 / 12:15

Özəl bağçaların maliyyələşəcəyi meyarlar məlum oldu

05.08.2026 / 12:10

MİQ üzrə vakansiya seçimi başladı

05.08.2026 / 11:25

Zakir Həsənov yeni hərbi obyektlərə baxış keçirib – VİDEO

05.08.2026 / 11:11