Şənbə, Avqust 22 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTBakıda kirayə evlər
CƏMİYYƏT

Bakıda kirayə evlər

tərəfindən redaktor 07.08.2024 / 09:31
07.08.2024 / 09:31
A+A-
Sıfırla
3

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.  Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək. 

İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”.

Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək".

Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, – deyə ekspert qeyd edib. 

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə
Sonrakı yazı
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Digər yazılar

Metroda xəttə köhnə tipli qatarlar buraxılır – SƏBƏB AÇIQLANDI

21.08.2026 / 16:11

DİN müsabiqə elan edir: Yaşı 30-dək olan …

21.08.2026 / 13:32

Tahir Əmiraslanovun yerinə o təyin olundu – FOTO

21.08.2026 / 10:00

Nazir müşavirini işdən çıxardı

20.08.2026 / 17:48

Nazir xanım direktoru işdən çıxardı

20.08.2026 / 10:56

Şagirdlərin elektron yerdəyişməsi başlayır

20.08.2026 / 08:29

Bakıda məşhur kabab evində at əti verilirmiş – FOTO

19.08.2026 / 18:50

General ona polkovnik rütbəsi verdi

19.08.2026 / 16:17

Kitabxanaçıların əməkhaqqı artırılacaq

19.08.2026 / 13:01

XƏBƏR LENTİ

  • İstirahət günü 40°-dək isti olacaq

    22.08.2026 / 12:48
  • Bu ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

    22.08.2026 / 12:45
  • ⁠Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb

    22.08.2026 / 10:22
  • Keçmiş dünya çempionu avtomobilində güllələndi

    22.08.2026 / 10:15
  • Almaniyanın xarici işlər naziri Kiyevə gəldi

    22.08.2026 / 10:10
  • Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi – VİDEO

    22.08.2026 / 10:06
  • Əməkdar jurnalist vəfat etdi

    22.08.2026 / 09:34
  • Xəzərdə zəlzələ olub

    22.08.2026 / 09:30
  • Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?

    22.08.2026 / 09:29
  • Xocavənddə traktor minaya düşdü

    21.08.2026 / 20:08
  • Gəncədə oğul anasını boğdu

    21.08.2026 / 20:04
  • MİQ üzrə müsahibə mərhələsinə başlanılır

    21.08.2026 / 19:12
  • Polkovnikə general rütbəsi verildi

    21.08.2026 / 17:57
  • Məhsulu müştəriyə 20 qəpik baha satan aptek 4 min CƏRİMƏLƏNDİ

    21.08.2026 / 16:48
  • Azərbaycanı qızmar hava gözləyir – 41°-dək isti olacaq

    21.08.2026 / 16:31
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Metroda xəttə köhnə tipli qatarlar buraxılır – SƏBƏB AÇIQLANDI

21.08.2026 / 16:11

DİN müsabiqə elan edir: Yaşı 30-dək olan …

21.08.2026 / 13:32

Tahir Əmiraslanovun yerinə o təyin olundu – FOTO

21.08.2026 / 10:00

Nazir müşavirini işdən çıxardı

20.08.2026 / 17:48

Nazir xanım direktoru işdən çıxardı

20.08.2026 / 10:56