Bazar ertəsi, İyul 27 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
Kosmetoloji prosedurlar üzdə çürümə yaradır: 

Ət ucuzlaşacaq?

Rusiyada məktəbdə pnevmatik qumbara partlayıb
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTƏt ucuzlaşacaq?

Ət ucuzlaşacaq?

tərəfindən redaktor 29.01.2024 / 18:17
29.01.2024 / 18:17
1

Son günlər ət bazarında durğunluq müşahidə olunur. Xüsusən də quzu əti alıcılarının sayı xeyli azalıb. 

“Əvvəl gündə 3 quzu satırdıq, indi isə…”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qəssab Elxan Səmədov bildirib ki, dekabrda gün ərzində 2-3 quzu əti satılsa da, indi bu say cəmi 1-ə bərabərdir:

“Bu da qiymətin artması ilə bağlıdır. İndi insanlar daha çox dana ətinə üstünlük verir. Hazırda keyfiyyətli dana əti 14-15 manatadır. Bundan aşağı qiymətə də ət təklif olunur. Amma onlar o qədər də yaxşı deyil.  

Hazırda yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun bir kiloqramı isə 18-20 manatdır. 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur. Amma bütün hallarda alıcılıq zəifləyib”.

Qiymətlər ucuzlaşa bilərmi?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin mövqeyini öyrəndik. Onun sözlərinə görə, artıq 2 həftədir ki, ət bazarında durğunluq müşahidə olunur:

“Alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bu da ətin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər. Amma burda bir həssas məqam var. Hazırda sanki psixoloji mübarizə gedir. İnsanlar qiymət artımından sonra bir növ quzu əti almaqdan imtina edir. Bəs, bu imtina nə vaxtadək davam edəcək? Bax, hər şey bu sualın cavabından asılıdır. Əgər durğunluq bir müddət də davam etsə, ondan qiymətdə eniş olacaq. Proseslər onu göstərir ki, ətin qiyməti ən azı Yeni ildən əvvəlki vəziyyətə qayıdacaq. Yəni 1-2 manat ucuzlaşma olacaq”

Akif Nəsirlinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, ət bazarındakı dövriyyə xeyli azalıb:

“Həm regionlardakı bazarlara, həm də paytaxtın kəsim sexlərində durğunluq var. Əgər əvvəllər bir qəssab sutka ərzində 100-120 kiloqram ət satırdısa, indi bu göstərici 70-80 kiloqrama düşüb. Yəni dövriyyə ən azı 30 faiz azalıb. Əgər belə getsə, onda həm regionlardakı bazarlarda, həm də ki, paytaxtdakı marketlərdə qiymətlər düşəcək”.

 

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Kosmetoloji prosedurlar üzdə çürümə yaradır: 
Sonrakı yazı
Rusiyada məktəbdə pnevmatik qumbara partlayıb

Digər yazılar

Bakıda külək nəticəsində xəsarət alanların sayı açıqlandı

27.07.2026 / 18:47

Azərbaycanda atalıq məzuniyyəti verilən kişilərin sayı açıqlanıb

27.07.2026 / 15:05

General polkovnik-leytenantı rəis təyin etdi

27.07.2026 / 12:23

MÜTDA iddialara cavab verdi: Araşdırılır …

27.07.2026 / 11:40

I və IV qrupların nəticələrinin açıqlanacağı tarix məlum olub

27.07.2026 / 11:20

Bakıda müşahidə edilən toz nə vaxta qədər davam edəcək?

27.07.2026 / 10:20

Bu ərazilərdə qaz kəsiləcək

27.07.2026 / 08:10

Temperatur 3-4 dərəcə enəcək – külək əsəcək

26.07.2026 / 20:05

Xalq şairinin səhhəti ağırlaşdı

26.07.2026 / 12:24

XƏBƏR LENTİ

  • Avstriya çağırışlı hərbi xidmət müddətini uzadır

    27.07.2026 / 23:01
  • ABŞ-ın İranla müharibə xərcləri dəfələrlə ödəniləcək – Tramp

    27.07.2026 / 21:56
  • Masallıda 22 yaşlı gənc faciəvi şəkildə öldü

    27.07.2026 / 20:42
  • “Danışıqlar uğursuz olarsa, hərbi əməliyyatlara qayıdacağıq”

    27.07.2026 / 19:52
  • Bakıda bu yollarda tıxac var – Siyahı

    27.07.2026 / 18:50
  • Bakıda külək nəticəsində xəsarət alanların sayı açıqlandı

    27.07.2026 / 18:47
  • Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlanıb

    27.07.2026 / 17:48
  • Samuxda fermada meyit tapıldı

    27.07.2026 / 17:36
  • “Toplum TV” işi üzrə hökm oxunub

    27.07.2026 / 17:30
  • Əli Əsədov yeni əmr imzaladı

    27.07.2026 / 17:25
  • Ülvi Hacızadə nazir müavini təyin olundu – SƏRƏNCAM

    27.07.2026 / 16:47
  • Xəzər Boru Kəməri Konsorsiumu neft yükləməsini bərpa edib

    27.07.2026 / 16:44
  • Amerikalı velosipedçi uçuruma yıxılmaqdan xilas oldu

    27.07.2026 / 16:39
  • İraqdan neft obyektlərinə uçan PUA-lar ələ keçirilib

    27.07.2026 / 16:35
  • Hövsanda dənizdə 4 nəfər batıb

    27.07.2026 / 16:28
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Bakıda külək nəticəsində xəsarət alanların sayı açıqlandı

27.07.2026 / 18:47

Azərbaycanda atalıq məzuniyyəti verilən kişilərin sayı açıqlanıb

27.07.2026 / 15:05

General polkovnik-leytenantı rəis təyin etdi

27.07.2026 / 12:23

MÜTDA iddialara cavab verdi: Araşdırılır …

27.07.2026 / 11:40

I və IV qrupların nəticələrinin açıqlanacağı tarix məlum olub

27.07.2026 / 11:20