2
İyulun 11-nə keçən gecə Rusiya ordusu İranın "Şahed" PUA-ları ilə Kiyevə hücum ediblər. Odessa və Kiyev vilayətlərində partlayış səsləri eşidilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib.
O, qeyd edib ki, pilotsuz təyyarələr cənub istiqamətindən, ehtimal ki, Rusiya Federasiyasının Krasnodar diyarından buraxılıb.
