Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi cümə günü respublikanın keçmiş təhsil naziri (2012-2016) Armen Aşotyanın iki aylıq həbsi barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Tiqran Atanesyan məlumat verib.
"Nikolun tələbi ilə məhkəmə Armen Aşotyanı iki ay müddətinə həbs etdi. Təbii ki, başqa heç nə gözləmirdik. Nazir idi və tibb xidmətinin polkovnik-leytenantıdır", – o deyib.
Aşotyan qəyyumlar şurasının rəhbəri olduğu Yerevan Tibb Universitetində xüsusilə böyük miqyasda mənimsəmə cinayətində ittiham olunur. Aşotyan dəfələrlə onun barəsində işin siyasi fəaliyyətinə görə başlandığını bildirib. Ermənistan Respublika Partiyasında isə təşkilata rəhbərlik edən keçmiş prezident Serj Sarkisyanın müavinidir.
