0
Bir neçə gün əvvəl Bakının Sabunçu rayonunda yerləşən yataqxanada baş verən partlayış barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, həmin partlayışda xəsarət alanlardan daha 2 nəfər ölüb.
Ölənlərdən biri 23 yaşlı Qarayeva İlahə Rasim qızıdır. Dünyasını dəyişən digər şəxsin kimliyi isə hələlik məlum deyil.
Qeyd edək ki, məlum partlayış hadisəsi mayın 10-da baş verib.
Bakıxanov qəsəbəsindəki yataqxanada qaz sızması nəticəsində baş verən partlayışda 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğlu hadisə yerində ölmüşdü.
