0
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna edilən dəyişikliklə bağlı fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu, Fərmana əsasən, Tarif (qiymət) Şurası Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərini nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra bir ay müddətində müəyyən edəcək.
