0
Qazaxıstanda müəllimlərin maaşı 2,5 dəfə artırılıb.
Publika.az xəbər verir ki, maaşların 2,5 dəfə artırılması müəllimləri ölkənin təhsi səviyyəsinin aşağı olduğu bölgələrə cəlb edəcək.
Vurğulanır ki, Qazaxıstanda kadr çatışmazlığı və təhsilin keyfiyyətinin aşağı olan regionlara ən yaxşı müəllimləri cəlb etmək üçün hökumət belə bir xüsusi proqram hazırlayıb.
Qazaxıstanın Təhsil Nazirliyindən bildirilib ki, həvəsləndirmək üçün müəllimlərə rəsmi maaşlarının 250 faiz ödəniləcək.
Söhbət respublikanın Türküstan, Atırau, Manqistau və Almatı vilayətlərindən gedir. Bu bölgələrə riyaziyyat, fizika, kimya, rus dili və ədəbiyyatı, xarici dil müəllimləri tələb olunur.
Müəllimlərin müsabiqə əsasında seçiləcəyi vurğulanır.
