0
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 306 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə 4 692 515 nəfər təşkil edir.
Ümumilikdə isə 1 597 299 “buster” doza vurulub.
