0
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.
