Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub.
Lüks avtomobilin məşhur xanım iş qadınlarından birinin olduğunu öyrənib. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir. Maşet.az-ın araşdırmasından sonra 90 AA 013 dövlət nömrə nişanlı avtomobilin "İdeal" Tibb Şirkətinə məxsus olduğu aydın olub. "İdeal" Tibb Şirkəti həmdə əvvəlki adı "Baku", indiki adı "Diamed" və "Diamed-Co" adlı ilk şpris zavodunu da özündə birləşdirir. Tibb Şirkətinin sahibi hazırda məşhur iş qadını Aytən Quliyevadır.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Modern.az-a açıqlama verib:
"Cəmiyyətimizdə belə bir baxış var ki, AA seriasıdırsa deməli, hansısa nazirliyindir və ya dövlətə məxsusdur. Bu seriyada hüquqi şəxslərdə istifadə edə bilər. AA serialı avtomobillərdə etdiyi qayda pozuntusuna uyğun olaraq qanun qarşısında bərabərdir və tədbirlərdə qanunauyğun görülür. Hazırda elektron və xüsusi texniki qurğularla qayda pozuntuları aşkarlanır. O da nə "AA"-ya nə də "BA"-ya baxır, avtomatik yəni real vaxt rejimində cərimə sistemə ötürülür.
Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda da inzibati pratakolu açır və təqdim edir. Heç kimə idarə etdiyi avtomobilin marka,model və nömrə nişanına görə xüsusi güzəşt yoxdur. Üstünlük hüququ var, bu da hamıya məlumdur (aperativ nəqliyyat vasitələri).
Bizim üçün bu halda "AA"-və ya BA seriyasının fərqi yoxdur. Qanun və qaydalar hamı üçündür! Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və qanuni tədbir görməkdir. Cərimə məbləğidə 50 və ya 100 manatdırsa, onu ödəmək cərimə edilənin məsuliyyətidir. AA -lar isə o cəriməni hamıdan qabaq gedib ödəyirlər. Hadisələri şəxslər üzərində yox qanunun tələbi ilə əlaqələndirmək daha doğrudur. Bir sözlə,yol hərəkəti qaydaları hamı üçün qanunla qorunan hüquqi öhdəlikdir. Sürücülərdən və hərəkətin bütün iştirakçılatından yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".
