“Azərbaycan Hava Yolları”na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, Ermənistanın torpaqlarımızın bir hissəni uzun müddət işğal atlında saxlaması nəticəsində Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib: “Cənubi Qafqazın cəmi Ümumi Daxili Məhsulunun həcmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər.
Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanırıq ki, növbəti addım “Zəngəzur Dəhlizinin” bərpası olacaq.”
